Təlim proqramının əsas mövzuları:
- Beynəlxalq standartlar üzrə qlobal yanaşmalar (FATF, MiCA — Aİ, SEC — ABŞ)
- Kripto aktivlərin hüquqi təsnifatı, qiymətli kağızlar hüququ və vergitutma məsələləri
- Kriptoda ƏL/TMM: alətlər, çağırışlar, ən yaxşı təcrübələr və tənzimləyici risklər
- Kripto komplayens üzrə praktiki və texniki baxış
- Kripto aktivlərin listinq analizi və investorların qorunması riskləri
- Smart contract, issuer və blockchain şəbəkəsinin qiymətləndirilməsi
- Tokenizasiya monitorinqi və oracle əsaslı yoxlama modelləri (PoR, PoT)
Təlim komplayens, risklərin idarə edilməsi, hüquq və maliyyə sektorunda çalışan mütəxəssislər üçün aktual biliklərin və praktik bacarıqların inkişafı baxımından mühüm platforma rolunu oynayacaq.
Təlimin detalları:
Tarix: 10 fevral 2026
Məkan: Baku Marriott Hotel Boulevard
Dil: Türk dili
Qeyd: Təlim ödənişsizdir.
NEWS



