Biz kimik?. Komplayens Assosiasiyası

HAQQIMIZDA

Biz kimik? Missiyamız və Məqsədlərimiz

Biz kimik?  

Komplayens Assosiasiyası — Azərbaycan iş və hüquq mühitində Komplayens mədəniyyətinin inkişafına töhfə vermək məqsədilə təsis olunmuş ictimai birlikdir. Assosiasiya, milli qanunvericilik və beynəlxalq standartlar arasında körpü rolunu oynayaraq, şirkətlərin və təşkilatların etik və şəffaf fəaliyyətinə dəstək göstərir.

Əsas fəaliyyət sahələri:    

  • Hüquqi uyğunluğun təmin edilməsi — fəaliyyətin yerli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması, hüquqi risklərin qarşısının alınması.
  • Risklərin azaldılması — komplayens və hüquqi risklərin proaktiv müəyyən edilməsi və aradan qaldırılması.
  • Etik standartların təmin edilməsi — etik davranış prinsiplərinə riayət və korrupsiya, fırıldaqçılıq halları ilə mübarizə.
  • Daxili idarəetmə proseslərinin gücləndirilməsi — daxili siyasət və prosedurların inkişafı, komplayens mədəniyyətinin gücləndirilməsi.
  • Müştəri və tərəfdaşlarla etibarlı münasibətlər — şəffaf və qanuni əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi.
  • Təlim və maarifləndirmə — işçilərin komplayens qaydaları, etik prinsiplər və tənzimləmə tələbləri barədə maarifləndirilməsi.
  • Audit və monitorinqin təkmilləşdirilməsi — komplayens sistemlərinin effektivliyinin qiymətləndirilməsi və uyğunsuzluqların aradan qaldırılması.
  • Transparensiya və hesabatlılıq — fəaliyyətin şəffaf və məsuliyyətli aparılması.
  • İnkişaf və innovasiyanın təşviqi — yeni texnologiyalar və yanaşmalar vasitəsilə uyğunluq proseslərinin modernləşdirilməsi. 
Biz kimik?. Komplayens Assosiasiyası
AZ
EN