Peşəkar şəbəkənin üzvü olun!
Üzv olun və Komplayens sahəsində peşəkar icmanın bir hissəsinə çevrilin.
Bilik, təcrübə və əməkdaşlıq imkanlarından yararlanın, sahənin inkişafına töhfə verin.

Üzvlük haqqı: 200 AZN
Müddət: 1 il
Fiziki şəxslər
Üzv olmaqla siz bu imkanlardan yararlanacaqsınız:
- Peşəkar tədbirlər, seminarlar və təlimlərdə iştirak etmək;
- İşçi qruplarında və ekspert təşəbbüslərində iştirak etmək;
- Həmkarlar və müxtəlif sahələrin mütəxəssisləri ilə peşəkar əlaqələr qurmaq;
- Təcrübə və bilik mübadiləsi aparmaq;
- Aktual Komplayens məsələlərinin müzakirəsində iştirak etmək və peşəkar mövqeyinizi ifadə etmək;
- Sorğular və sektor araşdırmalarında iştirak etmək;
- Müvafiq imkanlar olduqda öz ekspertiza və təcrübənizi Assosiasiyanın tədbir və təşəbbüsləri çərçivəsində təqdim etmək.
- Digər üzvlərlə birlikdə Komplayens icmasının bir hissəsi olaraq sahənin inkişafına töhfə vermək.

Üzvlük haqqı: 15 000 AZN
Müddət: 1 il
Hüquqi şəxslər
Üzvlük şirkətiniz və əməkdaşlarınız üçün aşağıdakı imkanları təqdim edir:
- Komplayens proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək, dövlət qurumları və üzv şirkətlərlə müzakirələrə təşəbbüs göstərmək.
- Komplayens sahəsində praktiki və nəzəri təkliflərin hazırlanmasında və Assosiasiyanın müvafiq işçi qruplarında müzakirəsində iştirak etmək.
- Assosiasiyanın ekspertlərindən məsləhət almaq.
- Assosiasiyanın nəzdində yaradılan işçi qruplarında iştirak etmək.
- Assosiasiyanın üzv təşkilatları ilə təcrübə mübadiləsi aparmaq.
- Əməkdaşların Assosiasiya tərəfindən təşkil olunan tədbirlərdə iştirak etmək imkanı.
- Xüsusi tədbirlərdə iştirak imkanlarından yararlanmaq.
- Sorğular və sektor araşdırmalarında iştirak etmək.
- Şirkətin təcrübəsini Assosiasiyanın tədbir və təşəbbüsləri çərçivəsində təqdim etmək imkanı.
Üzv olmaq üçün qeydiyyatdan keçin
Üzvlüyə qəbul olmaq üçün hansı addımlar atılmalıdır?
Üzvlüyə qəbul prosesi
Peşəkar icma olaraq, üzvlərimizə Komplayens sahəsində inkişaf etmək və yeni imkanlar yaratmaq üçün dəstək oluruq.

Addım 1
Üzvlük üçün Qeydiyyat formasını doldurun.
Bunun üçün saytda ÜZVLÜK QEYDİYYATI menyusuna keçin və ya bu səhifənin yuxarı hissəsində QEYDİYYAT düyməsinə basın.
Müraciətiniz bizə dərhal daxil olacaq və Əməkdaşlarımız ərizənizlə tanış olub Sizə geridönüş edəcəklər.
Addım 2
Üzvlük şərtləri ilə tanış olun və qeydiyyat sənədlərini imzalayaraq Assosiasiyaya qoşulun.
Sənədlər müraciətiniz təsdiq olunduqdan sonra əməkdaşlarımız tərəfindən Sizə təqdim ediləcək.
Addım 3
Üzvlük haqqının ödənişini tamamlayın.
Addım 4
Üzvlüyə qəbul olunduğunuz barədə rəsmi bildirişi aldığınızdan əmin olun.

