24 fevral 2026-cı il tarixində Komplayens Assosiasiyası ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumun məqsədi maliyyə və qeyri-maliyyə sektorlarında komplayens mədəniyyətinin və etik davranış prinsiplərinin inkişafına dəstək göstərilməsi, qabaqcıl beynəlxalq təcrübələrin təşviqi, eləcə də tənzimləyici tələblərə uyğunluğun daha da gücləndirilməsidir.
Sənəd çərçivəsində tərəflər komplayens mexanizmlərinin təkmilləşdirilməsi, maarifləndirmə və məlumatlandırma təşəbbüslərinin həyata keçirilməsi, peşəkar müzakirə platformalarının yaradılması və müvafiq sahədə bilik və təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq edəcəklər.



Həmçinin komplayens sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün seminarlar, təlim proqramları, dəyirmi masalar və digər peşəkar tədbirlərin təşkili nəzərdə tutulur.
Anlaşma Memorandumu ölkədə komplayens ekosisteminin institusional əsaslarının möhkəmləndirilməsi və maliyyə sisteminin dayanıqlılığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Komplayens Assosiasiyası dövlət qurumları və tənzimləyici orqanlarla əməkdaşlığı davam etdirərək ölkədə komplayens mədəniyyətinin inkişafına töhfə verməyi prioritet istiqamət kimi müəyyən etmişdir.
XƏBƏRLƏR

10.02.2026-cı il tarixində keçirilən “Kripto Aktivlər sahəsində Komplayens siyasətləri və təcrübələri”
Komplayens Assosiasiyasında üzvlük üçün qeydiyyat başladı




